Deputat gənc qızın intiharından danışdı


Digərləri 20 İyn 2018 09:52:00 266 0

Deputat gənc qızın intiharından danışdı

"Gec də olsa, sosial şəbəkələrdə gənc qızımızın intihardan əvvəl çəkilmiş olan videosunu çox böyük üzüntü ilə izlədim. Mənim də o yaşda qızım var. Cəmiyyətin bir üzvünün, həm də yetkinlik yaşına çatmamış bir üzvünün itirilməsində başda valideynləri, yaxınları olmaqla, hamımız, bütün cəmiyyət günahkardır".

Son.az oxu.az-a istinadən bildirir ki, bunu millət vəkili Sona Əliyeva deyib.

Onun sözlərinə görə, nə qədər ki erkən evlilik, qadın və uşaqlara qarşı zorakılığın bütün formaları ictimai qınaqla qarşılanmayacaq, nə qədər ki bu tipli hadisələri hərənin "öz işi" kimi qəbul edəcəyik, bu cür ağır itkilər artmaqda davam edəcək.

Millət vəkili deyib ki, zaman-zaman insanlar həyatlarında çətinliklərlə qarşılaşdıqları an intihar və bu kimi halları ağlından keçirirlər:

"Gündəlik xəbərlərdə bu kimi hallar barədə informasiyalar yayıldıqca, bu fikrin reallaşması kimi hisslər də artır.

Statistika göstərir ki, intihar halları ilə bağlı xəbərlərin geniş müzakirəsi onun dəfələrlə artmasına gətirib-çıxarır ki,  bu hal "Verter effekti" adlanır.

Mən mediadan və insanlarımızdan xahiş edərdim ki, gələcəyimizin, övladlarımızın xatirinə bu kimi xəbərləri paylaşmasınlar.