ATƏT ölkələrinin səfirlərindən ibarət nümayəndə heyəti Gürcüstanda səfərdədir


Dünya 20 İyn 2018 09:51:53 247 0

ATƏT ölkələrinin səfirlərindən ibarət nümayəndə heyəti Gürcüstanda səfərdədir

Onlar Tbilisidən sonra Bakıya gələcəklər

ATƏT-ə üzv olan 30 ölkənin daimi nümayəndələrindən ibarət nümayəndə heyəti Gürcüstanda səfərdədir.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, ATƏT ölkələrinin səfirləri Gürcüstan prezidenti, icraedici və qanunvericilik orqanların yüksək çinli nümayəndələri ilə görüşəcəklər. Eyni zamanda ATƏT-in müşahidəçilər missiyasının rəhbərliyi və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər də planlaşdırılır.

Səfər çərçivəsində daimi nümayəndələr işğal xəttinə gedəcək və ATƏT-in maliyyələşdirilməsi ilə Sobisi kəndində həyata keçirilən layihə ilə tanış olacaqlar.

Səfirlər iyunun 21-də Tbilisidən Bakıya gələcəklər. Onlar paytaxtımızda Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcəklər.