France 24: Korrupsiya Ermənistanda ətraf mühitə ziyan vurdu


Dünya 20 İyn 2018 08:48:00 346 0

France 24: Korrupsiya Ermənistanda ətraf mühitə ziyan vurdu

"France 24" teleşirkəti "Korrupsiya Ermənistanda ətraf mühitə necə ziyan vurub" adlı ölkədə dağ-mədən sənayesinin zərəri haqqında süjet təqdim edib.

Trend-in erməni KİV-lərinə istinadən verdiyi məlumata əsasən, reportajda Ermənistanda son etirazların korrupsiyaya görə baş verdiyi və bu sahəyə də (red. - dağ-mədən sahəsi) təsirsiz ötüşmədiyi qeyd olunur

Bildirilir ki, yerli sakinlər təbiətə böyük ziyan vuran mis-molibden yatağında aparılan işlərə görə çay suyunu onun zəhərli olduğu üçün istifadə edə bilmirlər.