Bakıda metrostansiyanın çıxışında qadınlar arasında kütləvi dava olub


Kriminal 20 İyn 2018 08:39:00 259 0

Bakıda metrostansiyanın çıxışında qadınlar arasında kütləvi dava olub

Bir qadın başqa qadınlar tərəfindən döyülüb

Bakının Nizami rayonu ərazisində kütləvi dava baş verib.

Son.az report.az-a istinadən bildirir ki, metronun Koroğlu stansiyasından çıxan 1978-ci il təvəllüdlü Hüseynova Vəsilə Səfər qızı tanıdığı digər 3 orta yaşlı qadınla mübahisə edib.

Mübahisə zamanı qadınlardan biri V.Hüseynovanın saçını yolub. Daha sonra o, digər iki qadın tərəfindən döyülüb.