Bakıda sexdə texnikanın partlaması nəticəsində usta xəsarət alıb


Digərləri 20 İyn 2018 08:25:00 251 0

Bakıda sexdə texnikanın partlaması nəticəsində usta xəsarət alıb

Paytaxtın Yasamal rayonunda texnikanın partlaması bir nəfərin yaralanmasına səbəb olub.

Son.az report.az-a istinadən bildirir ki, hadisə Yeni Yasamal qəsəbəsi, Xıdır Mustafayev küçəsi, 165 ünvanında baş verib.

"London taksiləri"nin təmiri xidmətinin 1954-cü il təvəllüdlü əməkdaşı Sadıqov Elman Rəşid oğlu iş görən zaman qaynaq aparatında nasazlıq yaranıb. Nəticədə aparat partlayıb. E.Sadıqov müxtəlif bədən xəsarətləri alıb.

O, təcili tibbi yardım maşını vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Fakt Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.