Maroş Şefçoviç: "Avropa Komissiyası TAP layihəsinin reallaşdırılmasına üç ölkənin dəstəyinin davam edəcəyinə ümidvardır"


Digərləri 20 İyn 2018 07:41:00 329 0

Maroş Şefçoviç: "Avropa Komissiyası TAP layihəsinin reallaşdırılmasına üç ölkənin dəstəyinin davam edəcəyinə ümidvardır"

Avropa Komissiyası Transadriatik boru kəməri (TAP) layihəsinin reallaşdırılmasına İtaliya, Yunanıstan və Albaniyanın dəstəyinin davam edəcəyinə ümidvardır.

Son.az bildirir ki, bunu Trend-ə Avropa Komissiyasının enerji ittifaqı üzrə vitse-prezidenti Maroş Şefçoviç deyib.

O bildirib: "Mən inanıram ki, "Cənub Qaz Dəhlizi"nin Avropa hissəsi olan TAP-ın tikintisi üç hökumətin dəstəyi sayəsində davam etdiriləcək".