Azərbaycanın Braziliyadakı səfiri Fernando Kolor və Nilson Pinto ilə görüş keçirib FOTO


Digərləri 20 İyn 2018 07:35:00 286 0

Azərbaycanın Braziliyadakı səfiri Fernando Kolor və Nilson Pinto ilə görüş keçirib  FOTO

Cari ilin 19 iyun tarixində, səfir Elxan Poluxov Braziliya Milli Koqresinin Deputatlar Palatasında Xarici əlaqələr komitəsinin sədri Nilson Pinto və Braziliya Federativ Respublikasının sabiq prezidenti, Braziliya Milli Koqresinin Senatında Xarici əlaqələr və təhlükəsizlik məsələləri komitəsinin sədri Fernando Kolor ilə görüşüb.

Azərbaycanı Braziliyadı səfirliyindən Son.az-a bildiriblər ki, görüşü zamanı, tərəflər Azərbaycanla Braziliya arasında Parlamentlərarası əlaqələrin daha da genişləndirilməsi perspektivləri, parlament diplomatiyasının beynəlxalq münasibətlər sistemində artan rolu, əhəmiyyəti və digər bu kimi məsələlər müzakirə mövzusu olub.


Xəbərə aid fotolar