Cənubi Koreyada birjadan 32 milyon dollar oğurlanıb


Dünya 20 İyn 2018 06:15:20 232 0

Cənubi Koreyada birjadan 32 milyon dollar oğurlanıb

Bu, son iki həftə ərzində ikinci belə kiberhücumdur

Cənubi Koreyanın iri kriptovalyuta birjalarından biri olan "Bithumb"a xaker hücumu olub.

"Report" "Ryonxap"a istinadən xəbər verir ki, hadisə iyunun 20-nə keçən gecə baş verib.

Xakerlər 31,5 milyon dollar kriptovalyuta oğurlamağa müvəffəq olublar.

Bu, son iki həftə ərzində ikinci belə xaker hücumudur. Bundan əvvəl "Coinrail" birjası xaker hücumuna məruz qalmışdı.