BMT-nin baş katibi Portuqaliya-Mərakeş matçını izləyəcək


Dünya 20 İyn 2018 05:47:04 425 0

BMT-nin baş katibi Portuqaliya-Mərakeş matçını izləyəcək

Antoniu Quterreş bu məqsədlə Moskvaya gedib

BMT-nin baş katibi Antoniu Quterreş Rusiyaya gedib.

“Report” TASS-a istinadən xəbər verir ki, baş katibin təyyarəsi Moskva hava limanlarından birinə eniş edib.

Quterreş Moskvada Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov ilə görüşəcək, həmçinin Dünya çempionatı – 2018 çərçivəsində keçiriləcək Portuqaliya-Mərakeş matçını izləyəcək.