"Tesla"da casus qalmaqalı: Mask


Digərləri 19 İyn 2018 23:05:00 327 0

"Tesla"da casus qalmaqalı: Mask

"Tesla" şirkəti casus qalmaqalı ilə çalxalanır.

Son.az lent.az-a istinadən xəbər verir ki, karyera pilləsində yüksəliş xahişi rədd olunan şirkət əməkdaşı istehsal sistemi barədə məlumatları üçüncü şəxslərə ötürməkdə ittiham olunur.

Qalmaqal barədə "Tesla"nın rəhbəri və qurucusu Elon Maskın şirkət əməkdaşlarına elektron məktubunda məlumat verilib. Mask adı çəkilməyən əməkdaşın hərəkətini "sabotaj" kimi qiymətləndirib, "Tesla"ya dəyən zərərin isə kifayət qədər böyük olduğunu vurğulayıb.