Sabah bu ərazilərdə su olmayacaq


Digərləri 19 İyn 2018 22:32:00 298 0

Sabah bu ərazilərdə su olmayacaq

Sabah günorta saatlarında paytaxtın bir sıra ərazilərində içməli suyun verilməsində fasilələr yaranacaq

Son.az xəbər verir ki, bu barədə "Azərsu" ASC-dən məlumat verilib. Məlumata görə, H.Əliyev küçəsində magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilişində sabah günorta saatlarına qədər fasilələr olacaq.