IPChain assosiasiyası Azərbaycanda şəbəkəsini genişləndirir


Digərləri 19 İyn 2018 22:24:00 400 0

IPChain assosiasiyası Azərbaycanda şəbəkəsini genişləndirir

IPChain assosiasiyası (Əqli Mülkiyyəti Obyektləri və Hüquqları ilə Tranzaksiyaların Milli Koordinasiya Emal Mərkəzi) Azərbaycandakı tərəfdaşları ilə əməkdaşlığa başlayır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu assosiasiyanın rəqəmsal texnologiyalarının direktoru Artyom Tovbin deyib.

Tovbin bildirib: "Avrasiya Hüquq Sahibləri Cəmiyyətlərinin Konfederasiyası ilə əməkdaşlıq çərçivəsində IPChain assosiasiyası müxtəlif ölkələrdə şəbəkə düyünləri açır. Biz gələcək haqqında xəyal etmirik, biz onu artıq qururuq: şəbəkə düyünləri Azərbaycan, Ermənistan, Qazaxıstan və Qırğızıstanda təşkil olunur".