Kamp turlarına maraq artıb


Digərləri 19 İyn 2018 20:39:00 333 0

Kamp turlarına maraq artıb

Təbiət qoynunda istirahəti seçənlər, elə gecəni də təbiət qoynunda, çadırda keçirmək istəyir. Son vaxtlar, xüsusilə də gənclər arasında kamp turlarına maraq artıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bu turu seçənlər gecəni ev və ya oteldə deyil, çadırda keçirməli olur.

Maraq, əyləncə, adrenalin həvəskarı olanlar bu cür turlara daha çox üstünlük verirlər.

Tur təşkilatçısı Fariz Hacıyev deyir ki, bu turlar daha çox məsuliyyət tələb edir. Çünki gecəni çadırda keçirən insanlar təhlükəsizliklə tam təmin olunmalıdır. Buna görə onlar də özləri ilə 40-dan artıq turist aparmırlar.


Xəbərə aid video