"Air China" təyyarəsi Belarusda qəza enişi edib


Dünya 19 İyn 2018 20:46:00 296 0

"Air China" təyyarəsi Belarusda qəza enişi edib

"Air China" aviaşirkətinin təyyarəsi Belarusda, Minsk aeroportunda qəza enişi edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Belarus Fövqəladə Hallar Nazirliyi özünün "Tvitter" səhifəsində yazıb.

Nazirlik bildirib: "!7:20-də təyyarə uğurla bizim hava limanımızda enib, Belarus FHN-dən yardım sorğulanmayıb".