Dağ yamaclarında həyat: yoxsulluq və qürur FOTO


Digərləri 19 İyn 2018 19:11:00 319 0

Dağ yamaclarında həyat: yoxsulluq və qürur  FOTO

Haiti paytaxtının yoxsul rayonlarından biri sayılır. Burada su kəməri və kanalizasiya sitemi yoxdur, elektrik enerjisi təchizatında tez-tez kəsilmələr baş verir, ətraf plastik zibillə doludur.

Təxminlərə görə, indi Jalousie-də təxminən 80 min adam yaşayır.

Son.az BBC-yə istinadən bildirir ki, çoxları bura 2010-cu ilin dəhşətli zəlzələsindən sonra gəlib.

Bütün çətinliklərə və yoxsulluğa baxmayaraq, bu məhəllənin sakinləri ümid və qürurla yaşamağa güc tapırlar.

Haiti paytaxtı Port-au-Prince-ə gələn tursitlər çox vaxt Jalousie məhəlləsini yalnız avtobus və taksi pəncərəsindən görürlər. Məhəllə paytaxtın kənarında, Morne L'Hôpital dağının yamacında yerləşir.

2013-cü ildə hökümət dəyəri 1.4 milyon dollar olan layihə çərçivəsində məhəllədəki daxmaları rənglədib.

Tənqidçilərin sözlərinə görə bu, ona görə edilib ki, məhəllə zənginlərin yaşadığı Pétion-Ville rayonundan açılan mənzərəyə tamaşa edənlərin kef-əhvalını pozmasın.

Bu cür aşırı yoxsulluq şəraitində yaşayan yerli sakinlər qürurla yaşamaq üçün gərgin əmək və səylərini əsirgəmirlər.

Haiti qərb yarımkürəsinin ən yoxsul ölkəsidir və hazırda 2010-cü ildə baş vermiş zəlzələnin mənfi nəticələrini aradan qaldırmağa çalışır.