Ən yüksək ödənişli qapıçı olacaq


Dünya 19 İyn 2018 18:45:00 193 0

Ən yüksək ödənişli qapıçı olacaq

"Mançester Yunayted"in qapıçısı David De Xea klubunda qalmaq qərarına gəlib. Ulduz futbolçu "mankunianlar"ın yeni müqavilə təklifini qəbul edib.

Son.az apasport.az-a istinadən xəbər verir ki, "Real"ın da maraq dairəsində olan qolkiper mançesterlilərlə ilkin razılıq əldə edib. İspaniya millisinin "bir nömrəsi" dünya çempionatından sonra "Mançester Yunayted"lə yeni 5 illik sazişə qol çəkəcək.

De Xeanın illik məvacibi isə 21 milyon avro olacaq. Bununla da o, dünyanın ən yüksək ödənişli qapıçısına çevriləcək.