Paytaxtda qadınların çantasını soymağa cəhd edən şəxslər saxlanılıb


Digərləri 19 İyn 2018 17:14:00 267 0

Paytaxtda qadınların çantasını soymağa cəhd edən şəxslər saxlanılıb

Paytaxtın Nizami rayonu ərazisində soyğunçuluğa cəhd edən 2 nəfər saxlanılıb.

Bakı. Paytaxtın Nizami rayonu ərazisində soyğunçuluğa cəhd edən 2 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyunun 18-də Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan iki qadın həmin gün saat 18 radələrində rayon ərazisindəki ayrı-ayrı ünvanlarda naməlum şəxsin zor tətbiq edərək onların içərisində parfümeriya, bijuteriya və sənədləri olan çantalarını almağa çalışdığını, lakin istəyinə nail olmadıqda qaçıb aradan çıxdığını bildirib. Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğa cəhd etməkdə şübhəli bilinən 2 nəfər “isti izlər”lə polis əməkdaşları tərəfindən saxlanılıblar.