Qurban Qurbanov: "Bizə ən çətin və gözlənilməz rəqib düşdü"


İdman 19 İyn 2018 16:49:00 327 0

Qurban Qurbanov: "Bizə ən çətin və gözlənilməz rəqib düşdü"

"Çox çətin rəqiblə qarşılaşacağıq. Belə rəqiblə qarşılaşmaya pley-off matçı kimi meydana çıxacağıq".  Goal.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları Sloveniya "Olimpija"sı barədə danışarkən deyib. O, artıq Lyublyana təmsilçisini analiz etməyə başladıqlarını qeyd edib: "Oyuna qədər maksimum hazır olmağa və mərhələ adlamaq üçün əlimizdən gələni etməyə çalışacağıq. Bizə ən çətin və gözlənilməz rəqib düşdü". İlk oyun 10-11 iyulda Lyublyanada, cavab görüşü 17-18 iyulda Bakıda keçiriləcək.