Beşiktaş üçün BOS və "Vodafone Arena" arasında əlaqə nədir?


İdman 19 İyn 2018 16:30:00 291 0

Beşiktaş üçün BOS və "Vodafone Arena" arasında əlaqə nədir?

UEFA növbəti mövsüm UEFA Superkubokunun oynanılacağı “Vodafon Arena”nın durumuna baxacaq. Goal.az xəbər verir ki, nümayəndələri bu gün  stadionda görülən işlərlə tanış olacaq.

Beşiktaş-ın hədəfi isə həmin Superkubokda matçında iştirak etməkdir. Türkiyə Superliqasında 4-cü yeri tutaraq Avropa Liqasına (AL) yollanan “qara qartallar” bunun üçün ilk növbədə bu turnirin qalibi olmalıdır. İstanbul nəhənginin prezidenti Fikrət Orman komandanın qarşısına Avropa Liqasının Bakıda baş tutacaq final matçında mütləq iştirak etmək məqsədi qoyub. Klub rəhbəri Bakı Olimpiya Stadionunda azarkeşlərin dəstəyi ilə AL-i qazanacaqlarına və doğma meydançalarında UEFA Superkuboku qarşılaşmasına çıxacaqlarına inanır.