David de Xea ən ödənişli qapıçı olacaq


İdman 19 İyn 2018 15:42:00 286 0

David de Xea ən ödənişli qapıçı olacaq

Manchester United və İspaniya milli komandasının qapıçısı David de Xea dünyanın ən bahalı qolkiperi ola bilər. Goal.az xəbər verir ki, "qırmızı şeytanlar"la yeni müqavilə şərtlərində 27 yaşlı oyunçunun illik əmək haqqı 21 milyon avro göstərilib. Artıq onunla klub arasında razılıq əldə olunub. 5 illik rəsmi müqavilə Rusiyadakı dünya çempionatından sonra bağlanılacaq. Hazırda dünyanın ən bahalı qapıçısı Bayern Munchen-də çıxış edən Manuel Noyerdir. Noyerin illik maaşı 15 milyon avronu keçmir.

De Xea Manchester United-də 2011-ci ildən çıxış edir. O, ötən mövsüm klubunun heyətində meydana çıxdığı 45 oyundan 22-də qapısını toxunulmaz saxlayıb.