Qarabağ-ın maraqlandığı hücumçu bu qədər məvacib istəyir


İdman 19 İyn 2018 15:19:00 332 0

Qarabağ-ın maraqlandığı hücumçu bu qədər məvacib istəyir

Qarabağ”ın gündəmində olan Xama Billiatla maraqlanan daha bir komanda geri çəkilib. Goal.az xəbər verir ki, “Mamelodi Sandaunz”un hücumçusunun “Styaua”ya keçidi baş tutmayacaq.

Buna səbəb Zimbabve millisinin forvardının tələbidi. Belə ki, Billiat yeni komandasında aylıq 33 min avroluq maaş almaq niyyətindədi. “Styaua” rəhbərliyi bu məbləği yüksək hesab etdiyindən, hücumçu ilə danışıqları dayandırıb.

“Mamelodi Sandaunz”la müqavilə müddəti bu ayın sonuna qədər olan Billiat “Qarabağ”la yanaşı, “Zamalek”, “Ayaks Kape Taun”, “Orlando Pirates”, “Kayzer”, “Bidvest” və “Yurqarden”in də gündəmindədi.