Paytaxtda motosiklet qaçıran şəxs tutuldu


Kriminal 19 İyn 2018 14:52:00 294 0

Paytaxtda motosiklet qaçıran şəxs tutuldu

Bakıda nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, iyunun 18-də DİN-in "102 - Zəng Mərkəzi" Xidmətinə müraciət edən Bakı şəhər sakini Stanislav Yakuşev saat 10 radələrində İzmir küçəsindəki evin qarşısından "Haojue" markalı motosikletinin qaçırıldığını bildirib.

Məlumatla əlaqədar Yasamal RPİ-nin 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəxs qısa müddətdə İnşaatçılar prospektində motosikletlə birgə saxlanılıb.