Azərbaycan HHQnin Amerika istehsalı olan bu helikopterləri ilk dəfə paradda uçacaq FOTO


Siyasət 19 İyn 2018 14:45:00 376 0

Azərbaycan HHQnin Amerika istehsalı olan bu helikopterləri ilk dəfə paradda uçacaq  FOTO

Azərbaycan Ordusunun yaranmasının 100-cü ildönümü münasibəti ilə keçirilən hərbi parada Hərbi Hava Qüvvələrinin istifadəsinə yeni daxil edilmiş "Bell-412" helikopterləri də ilk dəfə cəlb olunub.

Son.az xəbər verir ki, "AzeriDefence"nin məlumatına görə, HHQ-nin aviasiya vasitələrinin paytaxt səmasında keçirilən uçuşlarında Amerika istehsalı olan "Bell-412" helikopterləri ilk dəfə görüntülənib.

Uçuş edən 50-dək helikopterin arasında 4 ədəd "Bell-412" helikopteri yer alıb.

Qeyd edək ki, bu hərbi paradlarda nümyiş olunan ilk qeyri-sovet/rus helikopteridir.

Paradda "Bell-412" helikopterləri ilə yanaşı Mi-24, Mi-24G, Mi-35M zərbə, Mi-17 hərbi nəqliyyat və dəniz əməliyyatları üçün konfiqurasiya edilmiş Ka-27 helikopterləri də uçuş edir.