Manvel Qriqoryan deputat toxunulmazlığından məhrum edildi


Dünya 19 İyn 2018 14:30:00 329 0

Manvel Qriqoryan deputat toxunulmazlığından məhrum edildi

Ermənistan parlamentinin deputatı Manvel Qriqoryan deputat toxunulmazlığından məhrum edilib.

APA-nın "Aysor.am"a istinadən verdiyi xəbərə görə, bu barədə parlamentin bu gün  keçirilən iclasında qərar verilib.

Səsvermədə 85 deputat iştirak edib. Onlardan 81 nəfəri qərarın lehinə, 3 nəfər isə əleyhinə səs verib. Bir səs isə etibarsız sayılıb.