İmişlidə pambıq sahəsində kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparılacaq


Digərləri 19 İyn 2018 14:37:00 362 0

İmişlidə pambıq sahəsində kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparılacaq

Kənd Təsərrüfatı Nazirliyi İmişli rayonunda pambıq sahələrindən birində qeydə alınan kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparacaq.

Son.az xəbər verir ki, bunu Trend-ə nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov bildirib.

A.Hüseynov hazırda qurumun böyük nümayəndə heyətinin hadisə yerinə ezam olunduğunu deyib: "Müvafiq araşdırmalardan sonra ictimaiyyətə məlumat veriləcək".