Juventus almaniyalı müdafiəçiyə maraq göstərir


İdman 19 İyn 2018 14:14:00 300 0

Juventus almaniyalı müdafiəçiyə maraq göstərir

Bayern Munchen-in müdafiəçisi Jerom Boatenq karyerasını İtaliyada davam etdirə bilər. Goal.az xəbər verir ki, 29 yaşlı futbolçu Juventus-un maraq dairəsinə düşüb.

Turin təmsilçisi Boatenqi bir il müddətinə icarəyə götürmək istəyir. “Qoa senyora” qarşı tərəflə danışıqlara artıq başlayıb. İtaliya çempionu bir ildən sonra Boatenqi 30 milyon avro müqabilində transfer etməyi təklif edib. Almaniya millisinin üzvü 2011-ci ildə Manchester City-dən Münhen klubuna keçib. Ötən mövsüm Bundesliqanın 19 matçında iştirak edən Jerom Boatenq hazırda dünya çempionatında mübarizə aparır.