Lətifəni görmək üçün Fransadan Azərbaycana gəldi VİDEO FOTO


Şou-biznes 19 İyn 2018 13:30:00 311 0

Lətifəni görmək üçün Fransadan Azərbaycana gəldi  VİDEO  FOTO

Siz mənim favorit müğənnilərimdənsiz.

Son.az bildirir ki, ARB TV-nin "Sayqa ilə" verilişinin növbəti buraxılışında maraqlı anlar yaşanıb. Belə ki, Fransalı Nikola adlı şəxs, müğənni Lətifə Soyözü "youtube"da izlədiyini və Azərbaycana, onu görüb gül verməyə gəldiyini bildirib: "Bura gəldim və sizi görməyimə çox şad oldum. Bura, Azərbaycana gəlməyimin səbəbi sizsiz". Nikolanın müğəninin ən çox "Hədəf" mahnısını sevdiyini də vurğulayıb. Daha sonra sənətçi bu cür sevgi göstərən pərəstişkarına da çox sağ ol deyib:   "Mənim üçün ayrı bir xoşbəxtlikdir ki, bu gün Fransadan Nikola bəy gəlib. Həmişə ifa etdiyim mahnıların Azərbaycan hüdudlarından kənara çıxmağını istəmişəm və bu, mənim üçün çox xoş oldu".