Qarabağda Ermənistana məxsus növbəti taktiki uçuş aparatı məhv edilib


Siyasət 19 İyn 2018 13:36:49 308 0

Qarabağda Ermənistana məxsus növbəti taktiki uçuş aparatı məhv edilib

Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib.

Son.az xəbər verir ki, Azərbaycan Respublika Müdafiə Nazirliyinin yaydıığı məlumata görə, iyunun 19-u səhər saatlarında cəbhənin Füzuli-Xocavənd istiqamətində mövqelərimiz üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) Hərbi Hava Qüvvələrimizin bölmələri tərəfindən növbəti dəfə məhv edilib.

Qeyd edək ki, hadisə barədə daha erməni KİV-ləri Azərbaycan Silahlı Qüvvələrinin ermənilərin pilotsuz uçuş aparatını vurması barədə məlumat yayıblar.

Zabit Əsgərov Son.az