Yol polisi Ağcabədidə reyd keçirib, sərxoş sürücülər saxlanılıb
Sosial 19 İyn 2018 12:58:08 298 0
Reydlər həftə ərzində davam etdiriləcək
"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə,yol-nəqliyyat hadisələrinin qarşısının alınması, qəzalara səbəb ola biləcək qayda pozuntularının aşkar edilməsi məqsədi daşıyan reyd zamanı avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən, sürücülük hüququ olmadan vəalkoqollu içki qəbul etmiş vəziyyətdə avtomobil idarə edən, həmçinin manevr və ötmə qaydalarını kobudcasına pozan sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.
Saxlanılan zaman 50-dən çox sürücü barəsində protokol tərtib edilib. Onların arasında avtomobili sərxoş vəziyyətdə idarə edərək özünün və digərlərinin həyatını real təhlükə altında qoyanlar da olub.
Yollarda sürücülərin və piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədini daşıyan reydlər həftə ərzində rayon ərazisində davam etdiriləcək.