İmişlidə pambıq sahəsində fəhlələr zəhərlənib


Sosial 19 İyn 2018 12:42:06 329 0

İmişlidə pambıq sahəsində fəhlələr zəhərlənib

Onlarla fəhlə İmişli Rayon Mərkəzi Xəstəxanasına aparılıb

İmişli rayonunda pambıq sahəsində fəhlələr zəhərlənib.

“Report”un Aran bürosu xəbər verir ki, rayondakı pambıq tarlalarında becərmə işləri aparan fəhlələr zəhərlənib. İlkin məlumata görə, zəhərlənən onlarla fəhlə İmişli Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda zəhərlənən şəxslərin sayıdəqiqləşdirilir.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən "Report"a bildirilib ki, hazırda nazirliyin əməkdaşları hadisə yerinə gedirlər: "Müvafiq araşdırmalardan sonra ictimaiyyətə geniş məlumat veriləcək".