Məşhur reper maşınında güllələndi FOTO
Digərləri 19 İyn 2018 12:40:00 451 0
Əsl ad və soyadı Caysey Dueynq Onfroy olan 20 yaşlı amerikalı reper XXXTentacion ABŞ-ın Florida ştatındakı Mayami şəhərində qətlə yetirilib.
Son.az ABC-yə i istinadən bildirir ki, reperin cəsədi onun "Dodge Journey" avtomobilinin sükanı arxasında, "Riva Motosports" avtosalonunun qarşısında idi. Polisdən verilən məlumata görə, Onfroy silahlı qarət qurbanı olub. Reperə iki qaradərili cinayətkar hücum ediblər. Onlardan biri, üzündə qırmızı maska olan quldur reperə 4 dəfə atəş açıb. Quldurlar onun maşınından "Louis Vuitton" çantasını götürəndən sonra aradan çıxıblar.
XXXTentacion ABŞ rep-musiqisinin yeni nəslinin ən populyar və qalmaqallı nümayəndələrindən biri idi. O, ilk mahnısı olan "News/Flock"u 2013-cü ildə yaymışdı.
2016-cı ildə o, qarətldə və hamilə sevgilisini döyməkdə suçlanaraq iki dəfə həbs olunmuşdu.
Mənbə: milli.az