Roma-da Di Françeskonun taleyinə aydınlıq gəldi


İdman 19 İyn 2018 12:49:00 360 0

Roma-da Di Françeskonun taleyinə aydınlıq gəldi

Roma baş məşqçisi Eusebio di Françesko ilə yeni müqavilə imzalayıb. Goal.az xəbər verir ki, 48 yaşlı mütəxəssislə yeni anlaşma 2020-ci ilin iyununa kimi qüvvədə olacaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Di Françesko 2017-ci ilin yayında Sassuolo-dan paytaxt klubuna gəlmişdi. Onun rəhbərliyi altında klub İtaliya A Seriyasını 3-cü pillədə başa vurmuş, Çempionlar Liqasında isə yarımfinala qədər irəliləmişdi.