“Damla hamını aldadır, rol oynayır”


Şou-biznes 19 İyn 2018 12:11:00 261 0

“Damla hamını aldadır, rol oynayır”

ARB TV-nin "Düz bazar" verilişinin qonağı olan müğənni Afaq Aslan maraqlı açıqlamalar verib.

Son.az xəbər verir ki, müğənni bildirib ki, Damla haqda danışmaq ona maraqlı deyil: "Dəfələrlə mənə Damla haqda sual veriblər. Mənə maraqlı olmadığı üçün ona cavab verməmişəm. Mən özünə hörmət qoyan, kameraya oynamayan insan haqda çıxıb fikir bildirərəm. Mən bilirəm ki, sən o deyilsən. O, həyatda tamam başqa, kamera önündə isə başqadır.

Çıxıb deyir ki, mənim uğurlarımın üzərində heç bir kişinin imzası yoxdur. Mənsumə adını onun üzərindən götürüb, Damla adını verən və sənətə gətirən Rəhman Əliyev olub. Sən onun proyekti olaraq gəlmisən bu sahəyə. Damla rol oynayır ".