Uşu üzrə açıq Bakı çempionatı keçirilib


Digərləri 19 İyn 2018 12:15:43 268 0

Uşu üzrə açıq Bakı çempionatı keçirilib

Uşu üzrə açıq Bakı çempionatı keçirilib.

Bakı. Samir Əli – Azərbaycan Uşu Federasiyası və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə kişilər arasında uşu üzrə açıq Bakı çempionatı keçirilib. Federasiyadan Trend-ə verilən məlumata görə, Abşeron Olimpiya və İdman Kompleksində baş tutan çempionatda Bakı ilə yanaşı, Gəncə və Göyçay rayonlarından olan komandalar da iştirak ediblər. İki gün davam edən çempionata azyaşlılar və gənclərdən ibarət komandalar da qatılıblar. Münsiflər heyətinin qərarı ilə çempionatın qalibləri İbrahim Əliyev, Əli Əliyev, İmran Məmmədov və Ayaz Razyev olublar.