Klublarımızın Avropa Liqasındakı potensial rəqibləri müəyyənləşib


İdman 19 İyn 2018 11:32:00 315 0

Klublarımızın Avropa Liqasındakı potensial rəqibləri müəyyənləşib

Avropa Liqasında mübarizəyə qoşulacaq klublarımızın potensial rəqibləri müəyyənləşib. UEFA I təsnifat mərhələsindəki klubları qruplara bölüb. Goal.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edəcək “Qəbələ”, “Neftçi” və “Keşlə” səpələnmişlərin sırasında qərarlaşacaq. Topaz Premyer Liqasının vitse-çempionu “Qəbələ”nin 5 potensial rəqibi “Progres” (Lüksemburq), “Siroki Brijeg” (Bosniya və Herseqovina), “Skupi” (Makedoniya), “Stumbras” (Litva) və “Dunajska Streda”dı (Slovakiya).

Bürünc medalçı “Neftçi”yə bu mərhələdə “Buduçnost” ( Monteneqro), “Partizani” (Albaniya), “Ujpeşt” (Macarıstan), “Samtredia” (Gürcüstan) və ya “Racing Union” (Lüksemburq) rəqib olacaq.

Azərbaycan kubokunun qalibi “Keşlə”nin bəxtinə isə “Milsami” (Moldova), “Rudar” (Monteneqro), “Riga” (Latviya), “Budapest Honved” (Macarıstan) və “Balzan”dan (Malta) biri düşəcək. Avropa Liqasının I təsnifat mərhələsinin püşkü iyunun 20-də atılacaq.