Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


Digərləri 19 İyn 2018 11:29:50 294 0

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Bakı. "InvestAZ" investisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib. EUR Dünya valyuta birjalarında avronun qiyməti Avropa Mərkəzi Bankının (AMB) açıqlamalarından sonra 1.1542$-a kimi 3% ucuzlaşsa da, yenidən bahalaşaraq 1.1620$-a ticarət edilməkdədir. Təhlillərə əsasən, EUR/USD məzənnəsi yenidən 1.1542$-ı aşağı istiqamətdə qırarsa, 1.1447$-a kimi də ucuzlaşa bilər. AMB-nin yumşaq monetar siyasətindən uzaqlaşması niyyətinin, Avrozona iqtisadiyyatında vəziyyətin hələ kövrək olduğu bir vaxta təsadüf etməsi, avroya olan təzyiqlərin artmasına səbəb olur. GBP Funt sterlinq də ucuzlaşır. Hal-hazırda 1.33$-ın altında ticarət edilən GBP/USD məzənnəsi 1.3210$-ı da aşağı istiqamətdə qırarsa, 1.3130$-a kimi də dəyər itirə bilər. İngiltərədə iqtisadi və siyasi risklərin mövcudluğu, funt sterlinqə təsir edən əsas amillərdir. Bununla yanaşı, cümə axşamı saat 15:00-da dərc ediləcək İngiltərə Mərkəzi Bankının faiz qərarı da investorların diqqət mərkəzindədir. TRY Türkiyə bazarlarında da dollar 4.71TL-nin üzərində ticarət edilməkdədir və USD/TRY məzənnəsi 4.76TL-ni də yuxarı istiqamətdə qırarsa, 4.82TL-yə kimi bahalaşa bilər.