Xorvatiya millisində xoşagəlməz hadisə


İdman 19 İyn 2018 11:07:00 326 0

Xorvatiya millisində xoşagəlməz hadisə

Xorvatiya yığmasında xoşagəlməz hadisə yaşanıb. Goal.az xəbər veirr ki, federasiya Nikola Kaniliçi millidən kənarlaşdırıb.

Buna səbəb onun dünya çempionatının qrup mərhələsində Nigeriya (2:0) ilə ilk matçdakı davranışı olub. Belə ki, qarşılaşmanın sonuna 5 dəqiqə qalmış baş məşqçi onu Mario Mandzukiçin yerinə meydana daxil etmək istəsə də, Milan-ın forvardı bundan imtina edib. Nəticədə Mandzukiçi Marko Pyatsa əvəz edib. Ulduz futbolçu artıq Rusiyanı tərk edərək, ölkəsinə qayıdıb.