Tunisli futbolçudan Qarabağ-a yaşıl işıq


İdman 19 İyn 2018 10:29:00 337 0

Tunisli futbolçudan Qarabağ-a yaşıl işıq

Csenea-nın yarımmüdafiəçisi Kərim Laribinin Qarabağ-a gəlmək ehtimalı artıb. Goal.az xəbər verir ki, tunisli havbek hələlik ən real təklifi məhz Ağdam klubundan alıb. Cesena ilə müqaviləsi sona çatmaqda olan Laribi ağdamlılarla danışıqları yekunlaşdırmaq üzrədir. Tərəflər ortaq məxrəcə gəlsə, Tunis millisinin üzvü Azərbaycan çempionuna pulsuz başa gələcək.

İtaliyanın gənclər millisində oynamış Kərim Laribi ötən il çağırıldığı Tunis yığmasının heyətində 1 görüş keçirib. Milan İnter-inin yetirməsi olan futbolçu karyerası ərzində yalnız İtaliya klublarında çıxış edib.