Yol polisi Qubada reyd keçirib - sərxoş sürücülər saxlanıldı (FOTO)


Digərləri 19 İyn 2018 09:57:40 281 0

Yol polisi Qubada reyd keçirib - sərxoş sürücülər saxlanıldı (FOTO)

Yol polisi Qubada reyd keçirib.

Bakı. Samir Əli - Daxili İşlər Nazirliyi (DİN) rəhbərliyinin göstərişinə əsasən avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Quba və Xaçmaz Dövlət Yol Polisi bölmələri, həmçinin Baş Dövlət Yol Polisi İdarəsinin YPX-nin 2-ci tağımı tərəfindən Quba rayonunda reyd keçirilib. DİN-dən Trend-ə verilən məlumata görə, yol-nəqliyyat hadisələrinin qarşısının alınması, qəzalara səbəb ola biləcək qayda pozuntularının aşkar edilməsi məqsədini daşıyan reyd zamanı avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən, sürücülük hüququ olmadan, alkoqollu içki qəbul etmiş vəziyyətdə avtomobil idarə edən, manevr və ötmə qaydalarını kobudcasına pozan sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.