Zaqatala sakini 2 kq-a yaxın marixuana satarkən tutulub


Digərləri 19 İyn 2018 09:37:14 232 0

Zaqatala sakini 2 kq-a yaxın marixuana satarkən tutulub

Zaqatala sakini 2 kq-a yaxın marixuana satarkən tutulub.

Bakı. Samir Əli - Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə mübarizə tədbirləri davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, Zaqatala rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Dağlı kənd sakini, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə əvvəllər dəfələrlə məhkum olunmuş Elxan Yusifov saxlanılıb.