BakıSumqayıt şosesində qəza: ölən və yaralanan var FOTO


Digərləri 19 İyn 2018 09:13:00 314 0

BakıSumqayıt şosesində qəza: ölən və yaralanan var  FOTO

Zərbənin gücündən arakəsmə dəmir avtomobilin salonuna girib

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.

Son.az Report-a istinadən xəbər verir ki, yol qəzası Ekologiya postuna yaxın ərazidə baş verib.

Bakı-Sumqayıt şosesində paytaxt istiqamətində hərəkətdə olarkən Cəfərov Marat Çoban oğlu idarə etdiyi 99-EZ-521 dövlət nişanlı "Mercedes" markalı avtomobillə arakəsmə dəmirə çırpılıb. Dəmir avtomobilin ön tərəfindən salona girərək arxa şüşədən çıxıb. Nəticədə sərnişin, 1955-ci il təvəllüdlü Cəfərova Solmaz Yunis qızının ayaqları kəsilib. O, çoxlu qan itirib. Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 

Hadisəni törədən sürücü isə yüngül bədən xəsarətləri aldığından evə buraxılıb.


Xəbərə aid fotolar