Sumqayıt Texnologiyalar Parkının gələcək planları açıqlandı


Digərləri 19 İyn 2018 08:33:00 412 0

Sumqayıt Texnologiyalar Parkının gələcək planları açıqlandı

Hazırda Sumqayıt Texnologiyalar Parkında (STP) 13 zavod, 30-dan artıq istehsal sahəsi fəaliyyət göstərir.

Bu barədə Trend-ə və "Azernews" qəzetinə özəl olaraq Sumqayıt Texnologiyalar Parkından məlumat verilib.

Qeyd olunub ki, STP-nin məhsul və xidmətləri Türkmənistan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Gürcüstan, Rusiya və Türkiyə kimi ölkələrə ixrac edilir. Park gələcəkdə Asiya bazarında olan əməliyyatlarını artırmaq, həmçinin Qərbi Avropa və Afrika bazarlarına da daxil olmağı hədəfləyir.

STP hazırda xarici ölkələrə kiçik, orta və yüksək gərginlikli kabellər, polimer boru növləri, sinklənmiş metal kimi bir çox məhsullar ixrac edir. Gələcəkdə, həmçinin alüminium profil, sendviç panel, alkopan və başqa məhsulların da xarici bazarlara göndərilməsi nəzərdə tutulub.