İsveçin Malmö şəhərindəki atışmada ölənlərin sayı artıb


Dünya 19 İyn 2018 08:25:00 315 0

İsveçin Malmö şəhərindəki atışmada ölənlərin sayı artıb

İsveçin Malmö şəhərində baş verən atışmada ölənlərin sayı 2 nəfərə çatıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə polisin press-relizində deyilir.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, atışma zamanı yaralanmış daha 1 nəfər - 29 yaşlı kişi xəstəxanada ölüb. Daha əvvəl xəstəxanada 18 yaşlı yaralının öldüyü bildirilirdi.

Qeyd edək ki, hadisə zamanı 5 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Hadisəyə terror aktı kimi baxılır.

02:31

İsveçin cənubundakı Malmö şəhərində baş verən atışmada yaralananlardan biri ölüb.