Cəlilabadda kütləvi dava olub, xəsarət alanlar var


Digərləri 19 İyn 2018 08:03:00 317 0

Cəlilabadda kütləvi dava olub, xəsarət alanlar var

Cəlilabadda baş verən kütləvi dava zamanı 3 nəfər xəsarət alıb.

Son.az "Report"a istinadən bildirir ki, hadisə axşam saatlarında qeydə alınıb.

Belə ki, bir neçə şəxs arasında baş verən mübahisə sonradan kütləvi davaya çevrilib. Bu zaman rayonun Kirovka kənd sakinləri - 1987-ci il təvəllüdlü Adaşov Elçin Xeyrulla oğlu və 1989-cu il təvəllüdlü Əmənov İbrahim Nazim oğlu müxtəlif bədən xəsarətləri alıblar. Məlumata görə, hadisə zamanı bir qadın da xəsarət alıb. Yaralılara xəstəxanada müvafiq yardım göstərilib.

Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.