Sumqayıt Texnologiyalar Parkı gələcək planlarını açıqladı (ÖZƏL)


Digərləri 19 İyn 2018 07:46:25 310 0

Sumqayıt Texnologiyalar Parkı gələcək planlarını açıqladı (ÖZƏL)

Hazırda Sumqayıt Texnologiyalar Parkında 13 zavod, 30-dan artıq istehsal sahəsi fəaliyyət göstərir.

Bakı. Elçin Mehdiyev - Hazırda Sumqayıt Texnologiyalar Parkında (STP) 13 zavod, 30-dan artıq istehsal sahəsi fəaliyyət göstərir. Bu barədə Trend-ə və "Azernews" qəzetinə özəl olaraq Sumqayıt Texnologiyalar Parkından məlumat verilib. Qeyd olunub ki, STP-nin məhsul və xidmətləri Türkmənistan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Gürcüstan, Rusiya və Türkiyə kimi ölkələrə ixrac edilir. Park gələcəkdə Asiya bazarında olan əməliyyatlarını artırmaq, həmçinin Qərbi Avropa və Afrika bazarlarına da daxil olmağı hədəfləyir. STP hazırda xarici ölkələrə kiçik, orta və yüksək gərginlikli kabellər, polimer boru növləri, sinklənmiş metal kimi bir çox məhsullar ixrac edir. Gələcəkdə, həmçinin alüminium profil, sendviç panel, alkopan və başqa məhsulların da xarici bazarlara göndərilməsi nəzərdə tutulub.