Günün qoroskopu: dəyər verdiyiniz insanla münasibətlərin sərinləşməsinə imkan verməyin


Digərləri 19 İyn 2018 00:01:00 415 0

Günün qoroskopu: dəyər verdiyiniz insanla münasibətlərin sərinləşməsinə imkan verməyin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - günün ilk yarısından etibarən əhvalınızı korlayacaq məqamların təsirini artırmayın. Məişət problemləri ciddi narahatlıq yarada bilər. Çalışdığınız kollektivdə gərginliyin yüksəlməsinə imkan verməyin. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanları münasibətlərin ayırd edilməsinə, münaqişəyə sövq etməyin. Qarşıdurma mənbəyinə çevrilməyin. Davadan uzaq durun. Mənfi hisslər, aqressiv davranış əhvalınıza çox pis təsir edəcək.  Axşam saatlarında qan təzyiqinin düşməsi, başağrısı istisna deyil.

Buğa - peşəkar fəaliyyət müstəvisindəki məsələləri şəxsi münasibətlərə inikas etdirməyin. Əvvəlki əlaqələrin bərpası, köhnə təmasların yenidən gündəmə gətirilməsi zamanıdır. Yeni tanışlıqlar istisna deyil. Günün ikinci yarısında hisslərinizdə səmimi olun. Planlaşdırılmamış hadisə, nəzərdə tutulmamış olay istisna deyil. Fors-majorun fəsadlarını daha da ağırlaşdırmayın. Təmaslarda fikrinizi açıq bildirsəniz, uğurlara nail olacaqsınız.

Əkizlər - maddi məsələlərə xüsusi diqqət yetirin. Ödəniş qabiliyyəti və maliyyə problemlərinin həlli xüsusi əhəmiyyət kəsb edir. Stabillik axtarışları sizi iş yerini dəyişməyin labüdlüyü ilə bağlı fikirlərə tuş etməsin. Günün ikinci yarısında gəlir mənbələrini artırmağa çalışın. Karyera perspektivlərini düşünün. Yaxın gələcəklə bağlı planları dəyişmək olar. Dəyər verdiyiniz insanlara, ailə üzvlərinizə və qohumlarınıza yetərincə vaxt ayırın. Axşam saatlarında gəzintiyə çıxmaq olar. 

Xərçəng - özünüzü pis hiss etməyəcəksiniz. Müxtəlif layihələrə başlamazdan əvvəl yaxşı düşünün. Mümkün dividendlərlə bahəm, məruz qala biləcəyiniz itkiləri dəyərləndirin. Günün ikinci yarısında liderlik məziyyətlərinizi çəkinmədən nümayiş etdirin.  Axşam saatlarını təbiət qoynunda keçirsəniz, əla olar. Yaxınlarınızla təmaslarda təmkinli, səbrli davranın. Anlaşılmazlıq yarada biləcək suallara zəmin yaratmayın.

Şir - yaşananlara daha sadə baxın. Səbəbsiz yerə sinirlənməyin və özünüzü dalandakı insan kimi hiss etməyin. Heç nəyi çətinləşdirməyin.  Yaxın ətrafınızdakı insanlardan birinin hiyləgərliyinin səbəblərini araşdırın. Problem böyüməmiş müşkülü həll edin. Günün ikinci yarısında borcu qaytarın. Kredit ödənişini gecikdirməyin. Ailə üzvlərini tənqid etmək fikrindən uzaq olun. Münaqişə yaratmayın. Səmimi davranış ailədə sülhü qorumağın əsas şərtidir.

Qız - günün ilk yarısında yaxın perspektivə yönəlmiş layihəyə başlamaq olar. Əlavə impulsdan yararlanın, enerjili çalışın. Aktiv insan təsiri bağışlayın. Tənbəllik etməyin. Günün ikinci yarısındakı situasiya sizdən problemlərin həllinə yaradıcı yanaşma ilə bahəm, dəqiqlik də tələb edəcək.  Kommersiya üçün əlverişli zamandır. Ailə üzvlərinin tələblərinə diqqətsiz qalmayın.