Beton daş parçası 7 yaşlı uşağın üstünə düşüb


Digərləri 18 İyn 2018 23:57:00 351 0

Beton daş parçası 7 yaşlı uşağın üstünə düşüb

Neftçalada azyaşlının xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

Son.az report.az-a istinadən bildirir ki, hadisə axşam saatlarında rayonun Xolqarabucaq kəndində qeydə alınıb.

Belə ki, evin divarından qopan beton daş parçası 2011-ci il təvəllüdlü Xankişizadə Məhəmməd Ceyhun oğlunun üstünə düşüb. Ağır xəsarət alan azyaşlı Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olduğundan M. Xankişizadə cərrahiyyə şöbəsinə qaldırılaraq əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.