İsrail yanan toplara cavab olaraq Qəzzaya hava hücumu təşkil etdi


Digərləri 18 İyn 2018 23:28:54 376 1

İsrail yanan toplara cavab olaraq Qəzzaya hava hücumu təşkil etdi

İsrail aviasiyası, fələstinlilərin sərhədin əks tərəfində yanğın təşkil etmək məqsadilə buraxdığı yanan balonlara cavab olaraq, Qəzza zolağında Həmas hərəkatının infrastruktur xəttlərinə hücum təşkil etdi.

Bakı. İsrail aviasiyası, fələstinlilərin sərhədin əks tərəfində yanğın təşkil etmək məqsadilə buraxdığı yanan balonlara cavab olaraq, Qəzza zolağında Həmas hərəkatının infrastruktur xəttlərinə hücum təşkil etdi. Bu haqda Trend, ordunun mətbuat xidmətinə istinadən xəbər verir. Martın sonundan etibarən İsrail ilə Qəzza Zolağının sərhədi boyunca fələstinlilərin etiraz aksiyalarının başlanması ilə yanacaq və ya partlayıcı maddələri olan toplar şəklində yeni bir təhlükə ortaya çıxdı.