Arıçılıq təsərrüfatlarında "may balı"nın süzümünə başlanılıb QİYMƏTLƏR VİDEO


Digərləri 18 İyn 2018 23:12:00 328 0

Arıçılıq təsərrüfatlarında "may balı"nın süzümünə başlanılıb  QİYMƏTLƏR  VİDEO

Bölgələrdə arıçılar may balını yeşiklərdən yığmağa başlayıblar.

Son.az bildirir ki, cənub bölgəsində, Astaranın əksər dağlıq ərazilərində, xüsusən də Miki kəndində arıçılıq əhalinin əsas məşğuliyyəti və təsərrüfatın aparıcı sahəsidir. Hazırda bu kənddə bal süzümünün qızğın çağıdır. Arıçılar aylardır çəkdikləri zəhmətin bəhrəsini indi götürürlər.

Astara fermerləri əldə etdikləri xalis balın 1 kiloqramını yerində 20-25 manata satırlar.

Bu mövsüm rayondakı 30 minə yaxın arı ailəsindən 400 tona yaxın məhsulun alınması gözlənilir.

Uzun illərdir arıçılıqla məşğul olan Mingəçevir sakini Nəsib Bayramoğlu da keyfiyyətli bal əldə etmək üçün ətraf rayon ərazilərində arıların yerlərini tez-tez dəyişir.

Hazırda o, Yevlax rayonu ərazisində balı yığmağa başlayıb.