Qohumlar arasında dava düşüb, xəsarət alan var


Kriminal 18 İyn 2018 23:07:00 331 0

Qohumlar arasında dava düşüb, xəsarət alan var

Şamaxı rayonunda qohumlar arasında baş verən dava zamanı bir nəfər ağır xəsarət alıb.

Son.az APA-ya istinadən bildirir ki, bu gün axşam saatlarında rayonun Bağırlı kənd sakini, 1975-ci il təvəllüdlü Almirzəyev Bəhərçin Əliməmməd oğlu baş və bədənin müxtəlif nahiyələrinin çapılmış-əzilmiş yarası diaqnozu ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Bəhərçin Almirzəyev qardaşının oğlanları Adəm, Qorxmaz və Elşən Almirzəyev tərəfindən ağacla və yumruqla döyüldüyünü bildirib. Hazırda onun vəziyyəti orta-ağır olaraq qalır. Onların arasında münaqişənin söyüşə görə baş verdiyi bildirilir.